Qelebə.az / “Neftçi”nin futbolçusu Monteneqroya qələbə qazandırdı

“Neftçi”nin futbolçusu Monteneqroya qələbə qazandırdı

26-03-2025, 11:39

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir.

QELEBE.AZ xəbər verir ki, Monteneqro yığması Farer adalarını məğlubiyyətə uğradıb.

Bu görüşdə yeganə qolu “Neftçi”nin futbolçusu Edvin Kuç vurub. İkinci hissədə meydana daxil olan Kuç 90+6-cı dəqiqədə fərqlənib.

Qeyd edək ki, “Qarabağ”ın futbolçularından Marko Yankoviç 69, Marko Veşoviç isə 70 dəqiqə meydanda olub.

Geri qayıt