Qelebə.az / Halil Umut Meler matç zamanı zədələnib

Halil Umut Meler matç zamanı zədələnib

25-03-2025, 17:22

FIFA lisenziyalı türkiyəli hakim Halil Umut Meler bazar günü İrlandiya ilə Bolqarıstan arasında keçirilən UEFA Millətlər Liqası play-off matçında zədələnib. 

QELEBE.AZ xəbər verir ki, qarşılaşmanın 37-ci dəqiqəsində sol baldırında qəfil ağrı və batma hissi yaşayan Meler, yeriməkdə çətinlik çəkdiyi üçün oyuna davam edə bilməyib.

Onu meydanda 2025-ci ildə FIFA hakimləri siyahısına daxil edilmiş dördüncü hakim Mehmet Türkmen əvəz etmişdi. 

Halil Umut Melerin müalicəsinə bu gün aparılacaq müayinələrdən sonra başlanacaq.

Geri qayıt