Qelebə.az / Azərbaycanlı referilər seçmə mərhələ görüşündə

Azərbaycanlı referilər seçmə mərhələ görüşündə

24-03-2025, 13:33

Azərbaycanın FİFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıb.

QELEBE.AZ xəbər verir ki, onlar Nikosiya şəhərində 19 yaşadək futzalçılar arasında Avropa çempionatının seçmə mərhələsində Kipr – Almaniya oyununu idarə edəcəklər.

Qafarlı birinci, Cəbrayılov ikinci, Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərimizin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.

Qeyd edək ki, qarşılaşma aprelin 15-də keçiriləcək.

Geri qayıt