Qelebə.az / Millətlər Liqası: Almaniya yarımfinalda, Fransa və İspaniya matçlarında əlavə vaxt- YENİLƏNİR

Millətlər Liqası: Almaniya yarımfinalda, Fransa və İspaniya matçlarında əlavə vaxt- YENİLƏNİR

23-03-2025, 10:43

Bu gün UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin cavab oyunları keçirilir.

Apasport.az xəbər verir ki, günün ilk matçında Gürcüstan millisi Ermənistanı qəbul edib. Görüşə yaxşı başlayan ev sahibləri ilk 35 dəqiqədə rəqib qapısına 5 top vurublar. Oyun gürcülərin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

A Liqasına yüksəlmək uğrunda mübarizədə isə Türkiyə səfərdə Macarıstanla qarşılaşıb. Qonaqlar rəqibini 3 cavabsız qolla məğlub edib və adını A Liqasına yazdırmağı bacarıb.

Almaniya 1/4 finalın cavab qarşılaşmasında öz meydanında İtaliya ilə qarşılaşıb. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməsə də, 3:3 hesablı heç-heçə ilə almanlar adlarını yarımfinal mərhələsinə yazdırıblar.

 

UEFA Millətlər Liqası
1/4 final mərhələsi, cavab oyunu

23 mart

23:45 Fransa – Xorvatiya 2:0
İlk oyun 0:2

23:45 Almaniya – İtaliya 3:3
İlk oyun 2:1

23:45 Portuqaliya – Danimarka 3:2
İlk oyun 0:1

23:45 İspaniya – Niderland 2:2
İlk oyun 2:2

A Liqasına vəsiqə uğrunda pley-off
21:00. Macarıstan - Türkiyə 0:3
İlk oyun 1:3
21:00. Serbiya – Avstriya 2:0
İlk oyun 1:1 
21:00. Şotlandiya – Yunanıstan 0:3
İlk oyun 1:0
23:45. Belçika – Ukrayna 3:0
İlk oyun 1:3

B Liqasına vəsiqə uğrunda pley-off
18:00. Gürcüstan – Ermənistan 6:1
İlk oyun 3:0
21:00. İslandiya – Kosovo 1:3
İlk oyun 1:2
21:00. Sloveniya – Slovakiya 1:0
İlk oyun 0:0
23:45. İrlandiya – Bolqarıstan 2:1
İlk oyun 2:1

Geri qayıt