Qelebə.az / "Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

30-11-2022, 09:20

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün Çağırış Kubokunda növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, komanda 1/32 final mərhələsinin cavab oyununda Slovakiya təmsilçisi "Slaviya" ilə üz-üzə gələcək.

Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma saat 18:00-da başlayacaq.

"Azərreyl" ilk qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edib.

Geri qayıt