Qelebə.az / Dzyuba Rusiya millisinin tarixinə düşdü

Dzyuba Rusiya millisinin tarixinə düşdü

20-03-2025, 10:35

Artyom Dzyuba Rusiya milli komandasının heyətində ən çox qol vuran futbolçu olub.

Apasport.az xəbər verir ki, o, yığmasının Qrenada seçməsi ilə qarşılaşdığı matçda fərqlənməklə millinin heyətində ümumilikdə 31-ci qolunu vurub.

Bunadək Dzyubanın Aleksandr Kerjakovla birlikdə qollarının sayı 30-a bərabər idi.

Qeyd edək ki, Kerjakov 92 oyuna 30 dəfə rəqib qapılarına yol tapıbsa, Dzyuba 56 görüşdə 31 dəfə fərqlənib.

Geri qayıt