Qelebə.az / Sambunun cəzası dəyişmədi - AFFA "Neftçi"nin şikayətini təmin etmədi

Sambunun cəzası dəyişmədi - AFFA "Neftçi"nin şikayətini təmin etmədi

19-03-2025, 15:25

"Neftçi"nin futbolçusu Bassalu Sambu ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.

QELEBE.AZ xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin hücumçu ilə bağlı 2 oyunluq cəza və 1500 manatlıq cərimə qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Sambu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununun 58-ci dəqiqəsində ciddi qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı.

Geri qayıt