Sabiq “Fənərbaxça”lı Enner Valensiya ötən gün hazırkı komandası “İnternasional”ın heyətində baxımlı qolla yadda qalıb.
Apasport.az xəbər verir ki, futbolçu Braziliyanın Qauço çempionatının finalında “Qremio” ilə cavab matçında (1:1) uzaq məsafədən təyin olunan cərimə zərbəsindən fərqlənib.
Bu nəticə ilə ümumi hesabda 3:1 hesabı ilə qələbə qazanan “İnternasional” 9 il sonra bu turnirdə çempionluğa yiyələnib.
Valensiyanın cərimə zərbəsindən vurduğu qolu sizə təqdim edirik: