Qelebə.az / Naxçıvan Voleybol Federasiyasının fəaliyyəti dayandırılıb

Naxçıvan Voleybol Federasiyasının fəaliyyəti dayandırılıb

17-03-2025, 11:09

Naxçıvanda daha bir federasiyanın fəaliyyəti dayandırılıb.

QELEBE.AZ APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının fəaliyyətinin dayandırılması barədə qərar verilib.

Qeyd edək ki, federasiya 2002-ci ildə yaradılıb. 2023-cü ilin sentyabr ayında struktur dəyişikliyindən sonra Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev federasiyanın sədri seçilib.

Qeyd edək ki, Naxçıvanda əvvəl daha bir neçə federasiya fəaliyyətini dayandırmışdı.

Geri qayıt