Qelebə.az / Polad Rzayev ilk beynəlxalq turnirində həlledici mərhələyə vəsiqə qazanıb

Polad Rzayev ilk beynəlxalq turnirində həlledici mərhələyə vəsiqə qazanıb

15-03-2025, 16:56

Paralimpiyaçımız Polad Rzayev bu gün Avstriyanın Jerzens şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində rəsmi debüt edib.

Apasport.az xəbər verir ki, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançımız ilkin mərhələni 1:40.19 nəticə ilə uğurla başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.

İlkin mərhələdə çıxış edən 28 paralimpiyaçıdan 17-si əsas mərhələyə yüksələcək.

Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Geri qayıt