Qelebə.az / Salah ayın oyunçusu seçilib

Salah ayın oyunçusu seçilib

14-03-2025, 18:43

Məhəmməd Salah İngiltərə Premyer Liqasında ayın futbolçusu seçilib.

Apasport.az xəbər verir ki, “Liverpul”un vingeri fevral ayındakı çıxışına görə bu mükafata layiq görülüb.

32 yaşlı misirli futbolçu karyerasında 7-ci dəfə Premyer Liqada ayın oyunçusu seçilib.

O, Harri Keyn və Serxio Agüeronun rekordunu təkrarlayıb.

Qeyd edək ki, Salah fevral ayında Premyer Liqada 6 oyuna çıxıb və 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Geri qayıt