Qelebə.az / “Barselona” İspaniya millisinin üzvü ilə müqavilə yeniləyib

“Barselona” İspaniya millisinin üzvü ilə müqavilə yeniləyib

13-03-2025, 23:31

İspaniya La Liqası komandalarından "Barselona" müdafiəçi İniqo Martinezlə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, 33 yaşlı ispaniyalı daha 1 il kataloniyalıların şərəfini qoruyacaq.

Xatırladaq ki, Martinez "Barsa"ya 2023-cü ildə "Atletik"dən transfer olunmuşdu.

Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində 33 rəsmi matça çıxıb və 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt