Qelebə.az / Azərbaycan futbol millisinin baş məşqçisi: Haiti heç də zəif rəqib deyil

Azərbaycan futbol millisinin baş məşqçisi: Haiti heç də zəif rəqib deyil

13-03-2025, 12:07

"Haiti heç də zəif rəqib deyil".

QELEBE.AZ xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

Portuqaliyalı çalışdırıcı rəqiblərin AFFA tərəfindən seçildiyini bildirib: "Rəqiblərimiz AFFA tərəfindən danışılır, müzakirə aparılır, seçilir. Haiti okeanın o biri tərəfində yerləşir. Çox yaxşı oyunçuları var. Yaxşı, güclü liqalarda oynayırlar. Ona görə Haiti heç də zəif rəqib deyil".

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, 25-də isə Belarusla yoldaşlıq oyunları keçirəcək.

Geri qayıt