Qelebə.az / Azərbaycanın həndbol millisi bu gün ABŞ ilə üz-üzə gələcək

Azərbaycanın həndbol millisi bu gün ABŞ ilə üz-üzə gələcək

13-03-2025, 09:01

Azərbaycan millisi həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında bu gün növbəti oyununu keçirəcək.

"QELEBE.AZ"un məlumatına görə, B qrupunda yer alan yığma Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirdə ABŞ ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:45-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Moldovaya 21:33, Nigeriyaya 17:29 hesabı ilə uduzub.

Geri qayıt