Qelebə.az / Diniyev oynadı, komandası qalib gəldi

Diniyev oynadı, komandası qalib gəldi

9-03-2025, 20:55

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Çorum" növbəti qələbəsini qazanıb.

QELEBE.AZ xəbər verir ki, yeni baş məşqçi Tuncay Şanlının rəhbərliyi ilə ilk matçına çıxan komanda Türkiyə I liqasının XXIX turu çərçivəsində səfərdə liderlər qrupunda yer alan "Gənclərbirliği"nə qalib gəlib - 2:1.

Oyunu əvəz olunmadan keçirən Diniyev 38-ci dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, xalını 42-yə yüksəldən "Çorum" hazırda 8-ci pillədə qərarlaşıb.

Geri qayıt