Qelebə.az / DÇ-2022: Argentina Meksikanı məğlub edib

DÇ-2022: Argentina Meksikanı məğlub edib

27-11-2022, 00:58

Qətərdə keçirilən DÇ-2022-nin C qrupunda II tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, günün son matçında Argentina meydana çıxıb.

Turnirə sensasiyalı şəkildə Səudiyyə Ərəbistanına uduzaraq başlayan Lionel Messinin komandası bu dəfə Meksika ilə üz-üzə gəlib. Növbəti məğlubiyyət Argentinanı 1/8 finaldan məhrum edə bilərdi.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək C qrupunun son turunda Argentina Polşa ilə, Meksika isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

DÇ-2022, qrup mərhələsi
26 noyabr, II tur
C qrupu
23:00. Argentina - Meksika 2:0

Qol: Lionel Messi, 64, Fernandez

Geri qayıt