Qelebə.az / “Bayer”in ulduzu zədələndi: ”Bavariya” ilə matçı buraxa bilər

“Bayer”in ulduzu zədələndi: ”Bavariya” ilə matçı buraxa bilər

9-03-2025, 00:29

"Bayer" ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın əsas üzvlərindən biri olan Florian Virtz sıradan çıxıb.

Futbolçu Bundesliqanın XXV turu çərçivəsində keçirilən "Verder"lə matçda (0:2) zədələnib.

Oyunu davam etdirə bilməyən yarımmüdafiəçi 59-cu dəqiqədə yerini Alexandro Qrimaldoya buraxıb.

21 yaşlı oyunçunun Çempionlar Liqasının 1/8 final mərhələsində "Bavariya" ilə cavab matçında iştirak edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm "Bayer"in heyətində iştirak etdiyi 39 rəsmi matçda 15 qol, 13 assistlə yadda qalıb.

 

 

Geri qayıt