Qelebə.az / Renat fərqləndi, komandası qələbə qazandı

Renat fərqləndi, komandası qələbə qazandı

8-03-2025, 22:55

Futbol üzrə Polşa çempionatında 24-cü turun oyunları keçirilir.

QELEBE.AZ xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Radomyak" səfərdə "Krakoviya"nın qonağı olub.

Qarşılaşma Radom təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub.

25 forvard 54-cü dəqiqədə meydana daxil olub. Azərbaycanlı futbolçu 90+1-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.

Qeyd edək ki, xallarını 28-ə yüksəldən "Radomyak" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Geri qayıt