Qelebə.az / Elçin Məsiyev Avropa çempionatının final mərhələsinə təyinat alıb

Elçin Məsiyev Avropa çempionatının final mərhələsinə təyinat alıb

5-03-2025, 15:15

FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.

Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, I kateqoriyaya malik ədalət təmsilçisinin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Avropa çempionatının final mərhələsi iyunun 11-28-i aralığında 16 komandanın iştirakı ilə keçiriləcək.

Geri qayıt