Qelebə.az / Dünya çempionatında komanda sayı artırıla bilər

Dünya çempionatında komanda sayı artırıla bilər

6-03-2025, 19:57

Dünya çempionatlarının final mərhələsində iştirak edən komandaların sayı artırıla bilər.

Apasport.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

FİFA komandaların sayının 64-ə çatdırılması variantını nəzərdən keçirir.

Bu addım ilk dəfə 1930-cu ildə təşkil olunan yarışın 100 illik yubileyi şərəfinə atılması nəzərdə tutulub.

Qeyd edək ki, 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək mundialda 48 komanda mübarizə aparacaq.

Geri qayıt