Qelebə.az / "Kəpəz"in legioneri Malta yığmasına çağırılıb

"Kəpəz"in legioneri Malta yığmasına çağırılıb

7-03-2025, 11:57

"Kəpəz"in futbolçusu Trent Buhagiar Malta millisinə dəvət alıb.

QELEBE.AZ klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün yığmaya çağırılıb.

Malta G qrupunda martın 21-də evdə Finlandiya, 24-də isə səfərdə Polşa ilə qarşılaşacaq.

Geri qayıt