Randal Kolo Muani “Yuventus”un ayın ən yaxşı oyunçusu seçilib.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransız futbolçu ötən ay Turin komandası ilə bütün yarışlarda 8 oyunda iştirak edib və 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, oyunçu müqavilə əsasında PSJ-yə məxsusdur.