Qelebə.az / Azərbaycan - Haiti oyununun başlama saatı açıqlanıb

Azərbaycan - Haiti oyununun başlama saatı açıqlanıb

6-03-2025, 16:56

Futbol üzrə Azərbaycan və Haiti milliləri arasında keçiriləcək yoldaşlıq görüşünün başlama saatı müəyyənləşib.

"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq oyuna saat 21:45-də start veriləcək.

Qeyd edək ki, yığma martın 25-də, saat 21:45-də Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Geri qayıt