Qelebə.az / "Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

25-11-2022, 09:00

Nigeriyalı futbolçu Peter Oluka karyerasını "Neftçi"də davam etdirə bilər.

"Report" "Sports247.ng" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi "36 Lion" klubunda çıxış edən oyunçuya təklif göndərib.

"Ağ-qaralar" Olukanı "Caqaban kuboku"nda bəyənib. Yarımmüdafiəçi həmin vaxt turnirin ən yaxşı oyunçusu seçilib.

Azərbaycan təmsilçisi futbolçunu baxışa da dəvət edib. Orta xətt oyunçusu artıq Bakıya yola düşüb.

Geri qayıt