Qelebə.az / Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura yekun vurulub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura yekun vurulub

3-03-2025, 17:41

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura yekun vurulub.

"QELEBE.AZ" xəbər verir ki, turun son oyununda “Azərreyl” “Gənclər” kollektivini 3:0 hesbı ilə məğlub edib.

Matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Qeyd edək ki, turun öncəki görüşlərində "Xilasedici" MOİK-i 3:0, "Murov Az Terminal” isə “Neftçi” klubunu 3:1 hesabı ilə üstələyib.

Geri qayıt