Qelebə.az / Azərbaycan çempionatının daha bir matçı təxirə salındı

Azərbaycan çempionatının daha bir matçı təxirə salındı

27-02-2025, 11:15

Futbol üzrə Azərbaycan çempionatının I Liqasında daha bir matç təxirə salınıb.

Apasport.az xəbər verir ki, bu gün keçirilməli olan "Mingəçevir" - "Difai" oyunu baş tutmayacaq.

Bunu "nur şəhəri" təmsilçisinin mətbuat xidməti açıqlayıb. Səbəb qarlı hava şəraiti olub. 

Görüşün yeni vaxtı və digər detallarla bağlı əlavə məlumatın verilməsi gözlənilir.

Geri qayıt