"Uğursuzluq sindromuna düşmüşük. Amma bir az pozitiv olmaq lazımdır".
"QELEBE.AZ"un məlumatına görə, bunu "Sumqayıt"ın məşqçisi Rail Məlikov "Bakcell Arena"da "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın V tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, baş məşqçi Aleksey Baqanın səhhəti yaxşı deyil: "Bu gün baş məşqçinin səhhətində problem olduğu üçün müvəqqəti mən mətbuat konfransına çıxdım. İnşallah, növbəti matçlardan o yenidən mətbuat konfranslarına çıxar".
Rail Məlikov zəif oyunu düzəltmək üçün bir az onlara vaxt lazım olduğunu bildirib: "Bir az "Sumqayıt"a vaxt vermək lazımdır. Heç vaxt bu komandada legioner olmayıb. Ona görə də komandanın uyğunlaşması lazımdır".