Qelebə.az / "Mançester Siti" Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb

"Mançester Siti" Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb

23-11-2022, 14:12

İngiltərənin "Mançester Siti" klubu baş məşqçisi Xosep Qvardiola ilə müqavilənin müddətini uzadıb.

"Report" "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin yeni sözləşməsi 2025-ci yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən Mançester təmsilçisində işləyir.

Geri qayıt