Qelebə.az / Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"ya qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"ya qalib gəlib

3-09-2022, 22:30

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda daha bir görüş keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib – 1:0.

Yeganə qolu Tovuz klubunun kamerunlu hücumçusu Runi İva Vankevay vurub. O, 85-ci dəqiqədə fərqlənib.

Bu nəticədən sonra Ayxan Abbasovun baş məşqçi olduğu komanda turnir cədvəlində 7 xalla 5-ci sıraya qalxıb. "Şamaxı" isə 1 xalla 9-cu yerdədir.

Qeyd edək ki, V turun açılış matçında "Qarabağ" "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib. Turun "Neftçi" - "Sumqayıt" oyunu bu gün, "Sabah" - "Səbail" və "Zirə" - "Qəbələ" qarşılaşmaları sentyabrın 4-də baş tutacaq.

Geri qayıt