Qelebə.az / "Bavariya"nın əsas hücumçusu bir neçə gün məşqlərə qatıla bilməyəcək

"Bavariya"nın əsas hücumçusu bir neçə gün məşqlərə qatıla bilməyəcək

19-02-2025, 16:18

Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn bir neçə gün məşqlərə qatıla bilməyəcək.

"Report" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Evdə Şotlandiyanın "Seltik" klubu ilə heç-heçə (1:1) etdikləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl ingiltərəli hücumçunun baldır əzələsində problem aşkarlanıb. O, bu səbəbdən qarşılaşmanın fasiləsində əvəzlənib.

31 yaşı forvard fevralın 23-də "Ayntraxt"a qarşı Bundesliqanın XXIII turunun matçını buraxa bilər.

Qeyd edək ki, Harri Keyn cari mövsüm "Bavariya"da 31 matçda 29 qola imza atıb.

Geri qayıt