Qelebə.az / Niderland klubu 50 ildən sonra Çempionlar Liqasında 1/8 finala yüksəlib

Niderland klubu 50 ildən sonra Çempionlar Liqasında 1/8 finala yüksəlib

19-02-2025, 10:07

Niderlandın "Feyenoord" klubu 50 ildən sonra UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, komanda buna pley-offda İtaliya təmsilçisi "Milan"ı mübarizədən kənarlaşdırmaqla nail olub.

"Feyenoord" son olaraq 1974/1975 mövsümündə Çempionlar Kubokunda (hazırkı Çempionlar Liqası) 1/8 finala yüksəlib. Həmin vaxt turnir 1/16 finaldan start götürüb.

Qeyd edək ki, doğma meydanda "Milan"ı minimal hesabla üstələyən Niderland klubu (1:0) səfərdə rəqibi ilə heç-heçə (1:1) edərək mərhələ adlayıb.

Geri qayıt