Qelebə.az / Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI turun oyunları keçirilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI turun oyunları keçirilib

18-02-2025, 19:44

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI turun oyunları keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, matçlardan ikisi Bakıda, biri Sumqayıtda gerçəkləşib.

Sumqayıt Olimpiya Kompleksində baş tutan matçda "Xilasedici" "Gənclər" kollektivinə 3:0 hesabı ilə qalib gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan qarşılaşmalarda isə “Murov Az Terminal” MOİK-i, "Azərreyl" isə "Neftçi"ni eyni hesabla üstələyib.

Geri qayıt