Qelebə.az / "Barselona" Levandovski ilə müqavilə müddətini artıra bilər

"Barselona" Levandovski ilə müqavilə müddətini artıra bilər

18-02-2025, 18:35

İspaniyanın "Barselona" klubu futbolçusu Robert Levandovski ilə müqavilə müddətini daha 2 il artıra bilər.

"QELEBE.AZ" "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 36 yaşlı polşalı hücumçuya 2027-ci ilə qədər yeni sözləşmə təklif edəcək.

Onun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Robert Levandovski cari mövsüm La Liqada 23 oyun keçirib və 20 qol vurub.

Geri qayıt