Qelebə.az / Azərbaycanlı UEFA nümayəndəsi “Qalatasaray”ın oyununa təyinat alıb

Azərbaycanlı UEFA nümayəndəsi “Qalatasaray”ın oyununa təyinat alıb

18-02-2025, 15:30

Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.

"QELEBE.AZ" xəbər verir ki, o, UEFA Avropa Liqasının pley-off mərhələsinin fevralın 20-də keçiriləcək “Qalatasaray” (Türkiyə) – AZ (Niderland) görüşünün UEFA nümayəndəsi olacaq.

Qarşılaşma İstanbul şəhərində yerləşən “Ali Sami Yen” stadionunda keçiriləcək.

Qeyd edək ki, "Qalatasaray" Niderlandda baş tutan ilk görüşdə rəqibinə 1:4 hesabı ilə uduzub.

Geri qayıt