Qelebə.az / "Beşiktaş" kapitanı ilə müqavilə müddətini uzadıb

"Beşiktaş" kapitanı ilə müqavilə müddətini uzadıb

17-02-2025, 15:15

Türkiyənin "Beşiktaş" klubu kapitanı Necip Uysalla müqavilə müddətini uzadıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

34 yaşlı müdafiəçisinin yeni sözləşməsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, N.Uysal "Beşiktaş"ın aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib və "ağ-qaralar"ın heyətində 4 dəfə Türkiyə Superliqasının və Kubokunun, 2 dəfə isə Superkubokun qalibi olub.

Geri qayıt