Qelebə.az / Türkiyəli basketbolçu Azərbaycan klubuna keçib

Türkiyəli basketbolçu Azərbaycan klubuna keçib

16-02-2025, 13:04

"Abşeron" BK heyətini yeni basketbolçu ilə gücləndirib.

Bu barədə "QELEBE.AZ"a klubun mətbuat xitmətindən məlumat verilib.

Türkiyəli Ömər Yavaş mövsümün sonuna qədər "Abşeron"un uğurları üçün çalışacaq.

24 yaşlı oyunçu son olaraq ölkəsinin 1-ci liqa komandası "Kapaklıspor"da çıxış edib.

O, karyerası ərzində "Tofaş" və "Yalovaspor"un da şərəfini qoruyub. Türkiyəli basketbolçu "Tofaş"da keçirdiyi illər ərzində Avropa Kuboku, Çempionlar Liqası kimi turnirlərdə forma geyinib.

Geri qayıt