Qelebə.az / "Barselona"nın futbolçusu komandada qalmaq istəyir

"Barselona"nın futbolçusu komandada qalmaq istəyir

16-02-2025, 12:24

Niderland millisinin futbolçusu Frenki de Yonq İspaniyanın "Barselona" klubunda qalmaq istəyir.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 27 yaşlı yarımmüdafiəçiyə etimad göstərir. Tərəflərin mart və ya apreldə yeni müqavilə ilə bağlı danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, Frenki de Yonqun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.

Geri qayıt