Qelebə.az / Şahmat üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

Şahmat üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

15-02-2025, 20:04

Şahmat üzrə Azərbaycan çempionatının medalçıları mükafatlandırılıb.

"QELEBE.AZ" xəbər verir ki, mükafatlandırma mərasimi "Landmark" Biznes Mərkəzində baş tutub.

Qaliblərə medal, kubok, gül dəstələri və sertifikat təqdim olunub.

Qeyd edək ki, kişilərin mübarizəsində Rauf Məmmədov finalda Şəhriyar Məmmədyarovu üstələyərək karyerasında 6-cı dəfə Azərbaycan çempionu olub. Üçüncü yeri Misrətdin İskəndərov tutub.

Qadınların yarışında Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gəlib.

Geri qayıt