Qelebə.az / Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə keçirilən turnirin qızıl medalını qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə keçirilən turnirin qızıl medalını qazanıblar

14-02-2025, 21:51

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirinin qızıl medalını qazanıblar.

"QELEBE.AZ" xəbər verir ki, Onur Quluzadə ilə Yağmur Məmmədli U-15 kateqoriyasında qarışıq-qoşa mübarizəsinin final görüşündə yerli idmançılara 3:2 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafat qazanmışdı.

Geri qayıt