Qelebə.az / Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura start verilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura start verilib

14-02-2025, 19:36

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura start verilib.

"Report"un məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə "Azərreyl" "Milli Aviasiya Akademiyası"nı 3:1 hesabı ilə məğlub edib. Ardınca isə "Murov Az Terminal" UNEC-i 3:0 hesabı ilə üstələyib.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

Qeyd edək ki, XI tura sabah baş tutacaq "Gəncə" - "Abşeron" görüşü ilə yekun vurulacaq. Qarşılaşma Gəncə İdman Sarayında reallaşacaq.

Geri qayıt