Qelebə.az / Avropa çempionatı: Azərbaycanın badminton millisi üçüncü oyunda da məğlub olub

Avropa çempionatı: Azərbaycanın badminton millisi üçüncü oyunda da məğlub olub

14-02-2025, 12:36

Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatındakı sonuncu oyununda da məğlub olub.

"QELEBE.AZ"un məlumatına görə, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda Danimarka ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Hazırda hesab Danimarka komandasının xeyrinədir - 3:1. Sonuncu set nəticəyə təsir etməyəcək.

Qeyd edək ki, yığma daha əvvəl İspaniya və İngiltərəyə 2:3 hesabı ilə uduzub.

Geri qayıt