Qelebə.az / Azərbaycanın gənc taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın gənc taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

14-02-2025, 00:21

Türkiyənin Antalya şəhərində taekvondo üzrə keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) gənclər arasında çıxış edən milli komandamızın üzvü Humay Dadaşova qızıl medal qazanıb.

Bu barədə "QELEBE.AZ"a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

O, 46 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyib.

Geri qayıt