Qelebə.az / Avropa çempionatı: Azərbaycanın badminton millisi ikinci oyunda da məğlub olub

Avropa çempionatı: Azərbaycanın badminton millisi ikinci oyunda da məğlub olub

13-02-2025, 13:27

Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatında ikinci oyununda da məğlub olub.

"QELEBE.AZ"un məlumatına görə, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda İspaniya ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:2. Yığma ötən gün İngiltərəyə də eyni hesabla uduzub.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 14-də Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.

Geri qayıt