Qelebə.az / Azərbaycanın badminton millisi Bakıdakı Avropa çempionatının ilk oyununda məğlub olub

Azərbaycanın badminton millisi Bakıdakı Avropa çempionatının ilk oyununda məğlub olub

12-02-2025, 13:11

Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatının ilk oyununda məğlub olub.

"QELEBE.AZ"un məlumatına görə, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda İngiltərə ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:2.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 13-də İspaniya, 14-də isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.

Geri qayıt