Qelebə.az / “Mançester Siti” Xosep Qvardiolanın rəhbərliyi altında ən pis göstəricisinə imza atıb

“Mançester Siti” Xosep Qvardiolanın rəhbərliyi altında ən pis göstəricisinə imza atıb

12-02-2025, 12:02

“Mançester Siti” baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında ən pis göstəricisinə imza atıb.

“QELEBE.AZ”un “Opta Sport”a istinadən məlumatına görə, bu "şəhərlilər"in UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda evdə "Real"a (İspaniya) uduzduğu (2:3) matçda gerçəkləşib.

Belə ki, Madrid klubu İngiltərə Premyer Liqası təmsilçisinin qapısına 20 zərbə endirib və bunlardan 8-i “çərçivəyə” düşüb. Bu, ispaniyalı baş məşqçinin rəhbərliyi dönəmində "Mançester Siti"nin ev oyunlarında buraxdığı zərbələr üzrə antirekorddur.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 19-da "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

Geri qayıt