Qelebə.az / Azərbaycanın daha bir taekvondoçusu Türkiyədəki beynəlxalq turnirdə medal qazanıb

Azərbaycanın daha bir taekvondoçusu Türkiyədəki beynəlxalq turnirdə medal qazanıb

11-02-2025, 22:58

Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində bürünc medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından "Report"a verilən məlumata görə, təmsilçimiz mükafata gedən yolda 4 rəqibini üstələyib.

O, yarımfinalda türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Ülvi Məmmədov (37 kq) yarışın gümüş medalına sahib çıxmışdı.

Geri qayıt