Qelebə.az / Azərbaycan millisinin üzvü Türkiyə klubundakı debüt oyununda qol vurub

Azərbaycan millisinin üzvü Türkiyə klubundakı debüt oyununda qol vurub

11-02-2025, 18:27

"Çorum"da debüt edən Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyə I Liqası matçında qol vurub.

"Report" xəbər verir ki, XXIV turda "Yeni Malatyaspor"u qəbul edən "qırmızı-qaralar" Coşqunun vurduğu qol sayəsində hazırda davam edən oyunda hesabda 1:0 öndədirlər.

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Bandırmaspor"dan "Çorum"a keçib.

Geri qayıt