Qelebə.az / Azərbaycan millisinin futbolçusunun çıxış etdiyi klubda baş məşqçi təyinatı olub

Azərbaycan millisinin futbolçusunun çıxış etdiyi klubda baş məşqçi təyinatı olub

11-02-2025, 17:01

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin "Ankaragücü" komandasının yeni baş məşqçisi müəyyənləşib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

I Liqa təmsilçisi Mustafa Dalcıya tapşırılıb. O, bu postda Kemal Özdeşi əvəzləyib.

Qeyd edək ki, "Ankaragücü" 23 turdan sonra 30 xalla 14-cü pillədə qərarlaşıb.

Geri qayıt