Qelebə.az / "Qarabağ" Riçard Almeyda ilə yollarını ayırdığını açıqlayıb

"Qarabağ" Riçard Almeyda ilə yollarını ayırdığını açıqlayıb

11-02-2025, 16:27

“Qarabağ” futbolçusu Riçard Almeyda ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2012-2018, 2019 və 2021-25-ci illərdə "köhlən atlar"da çıxış edən oyunçu 376 matçda 64 qol vurub.

Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandanın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

Geri qayıt