Qelebə.az / Azərbaycan taekvondoçusu Türkiyədəki beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan taekvondoçusu Türkiyədəki beynəlxalq turnirdə gümüş medal qazanıb

11-02-2025, 15:48

Azərbaycan taekvondoçusu Ülvi Məmmədov (37 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində gümüş medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, “Kristal Abşeron” klubunun üzvü finala qədər 5 rəqibini üstələyib.

Təmsilçimiz həlledici mərhələdə türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Geri qayıt